İlham Əliyev: Azərbaycan beynəlxalq data mərkəzləri üçün hab rolunda
Prezident İlham Əliyev Slovakiyalı həmkarı Peter Pelleqrini ilə birgə mətbuat konfransında Azərbaycanın beynəlxalq data mərkəzləri üçün hab rolunu oynamaq potensialını vurğulayıb. Ölkənin enerji potensialı və iqlim şəraiti bu sahədə əməkdaşlıq üçün əlverişli imkanlar yaradır.
Rock.News xəbər verir ki, dövlət başçısı informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması məsələlərini müzakirə etdiklərini bildirib. Azərbaycanın enerji potensialının üstünlük təşkil etdiyini qeyd edən Prezident, ölkədə istifadə olunmayan enerji potensialının təxminən 2 giqavat olduğunu, növbəti 5 il ərzində isə bu rəqəmin 8 giqavata çatdırılacağını deyib. Süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyinin əsas faktorlardan biri olduğunu vurğulayan İlham Əliyev, iqlimin də önəmli faktor olduğunu, Azərbaycanın soyuq bölgələrində ilin böyük hissəsində şaxtalı hava şəraitinin mövcud olduğunu qeyd edib.
Prezident, Azərbaycanın beynəlxalq data mərkəzləri habı kimi öz rolunu gördüyünü və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq niyyətində olduqlarını bildirib.
...