Sabunçuda ŞOK: Yeniyetmə oğul atasını qətlə yetirdi!
Bakının Sabunçu rayonunda dəhşətli hadisə baş verib. 2006-cı il təvəllüdlü Ayxan Vəlizadə ailə münaqişəsi zəminində atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadəni amansızcasına qətlə yetirib.
Oxu: ~11 san.
Rock.News xəbər verir ki, hadisə dekabrın 11-də axşam saatlarında baş verib. Ayxan Vəlizadə atasını kəsici alətlə yaralayıb. İftixar Vəlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Polis cinayəti törətməkdə şübhəli bilinən Ayxanı saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.