Zelenski ABŞ-ın təhlükəsizlik təminatı planını açıqladı: Detallar...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatlarına dair sənəd layihəsini təqdim etdiyini və tərəflərin bu sənəd üzərində birgə işləməyi davam etdirəcəyini bildirib. Zelenski, qarşıdakı mərhələdə əsas müzakirə mövzusunun real və təsirli təhlükəsizlik təminatları olacağını vurğulayıb.
Rock.News xəbər verir ki, Zelenski jurnalistlərlə görüşündə ABŞ-ın təhlükəsizlik təminatları üzrə layihəsini aldıqlarını qeyd edib. O, bu sənəd üzərində də 20 maddəlik sülh planı və iqtisadi təkliflərlə işlədikləri kimi işləyəcəklərini, öz fikirlərini əlavə edəcəklərini və layihəni yeniləyəcəklərini bildirib. Zelenski, Ukrayna öz baxışını layihəyə daxil etdikdən sonra sənədin yenidən ABŞ-a təqdim olunacağını əlavə edib. Prezident həmçinin təhlükəsizlik təminatları ilə bağlı sənədin ABŞ Konqresində müzakirə olunacağını da bildirib.