Ağamalı Qalmaqalı: Partiya Qurultayında Ailə Dramı!
Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalının övladları arasında sədrlik uğrunda mübarizə qalmaqala səbəb olub. Partiya sədri Fəzail Ağamalı qızı Günay Ağamalını sədr görmək istəsə də, partiya üzvlərinin bir hissəsi oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Rock.News xəbər verir ki, TV Müsavatın canlı efirinə telefonla bağlanan Fəzail Ağamalı baş verənlərdən təəssüfləndiyini bildirib. O, oğlunun aqressiv mövqeyindən narahat olduğunu və onun partiya sədri olmasına razı olmadığını qeyd edib. Ağamalı oğlunun partiyada uzun müddətli fəaliyyəti olmadığını və siyasətdə qətiyyətli olmadığını vurğulayıb. Eks-deputat gələn həftənin ilk iş günündə qurultayda baş verənlərin hüquqi müstəvidə araşdırılması üçün addımlar atacağını bildirib.