Leyla Əliyeva və Teymur Musayev Uşaq Vərəm Sanatoriyasında: Yeniliklər müzakirə edildi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev dekabrın 11-də 5 saylı Uşaq Vərəm Sanatoriyasına baş çəkərək, müəssisənin fəaliyyəti ilə tanış olublar. Ziyarət zamanı tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şərait də nəzərdən keçirilib.

Rock.News xəbər verir ki, dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib. Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.