Nazirlik Süni İntellekt Standartları Hazırlayır: Etik və Məsuliyyətli AI
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik və məsuliyyətli inkişafı üçün xüsusi standartlar hazırlayır. Bu təşəbbüs ölkədə süni intellektin insanlığa xidmət etməsini və gələcəkdə təhdid mənbəyinə çevrilməməsini təmin etmək məqsədi daşıyır.
Rock.News xəbər verir ki, bu barədə nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.
Nazir müavini, ölkədə 1 milyarddan çox data vahidinin cəmiyyətə açıq olmasının özəl sektor, startaplar və elmi-tədqiqat müəssisələri tərəfindən istifadəsinə imkan yaradacağını, süni intellekt modellərinin formalaşdırılması üçün xüsusi proqramların və normativ-institusional tənzimlənmənin nəzərdə tutulduğunu vurğulayıb.