Səbaildə Qəzalı Binalar Sökülür: Sakinlər Kompensasiya Məbləğindən Narazıdır
Rock.News xəbər verir ki, söküləcək binalara Salman Mümtaz küçəsi, ev 30 və 34, Dağlıq küçəsi, ev 24 ünvanlarında yerləşən binalar daxildir. Sakinlər kompensasiya məbləğinin hər kvadrat metr üçün 1550 manat olduğunu və bu məbləğin ədalətli olmadığını bildirirlər. Bəzi sakinlər artıq köçsələr də, digərləri təklif olunan məbləğlə razılaşmırlar. Sakinlər həmçinin qiymətləndirmə zamanı evlərinin ölçülərinin düzgün aparılmadığını iddia edirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sakinlərin çoxsaylı müraciətləri əsasında binalara baxış keçirilib və qəzalı vəziyyətdə olması təsdiqlənib. Salman Mümtaz küçəsi, ev 34 ünvanı üzrə 16 mülkiyyət sahibi ilə müqavilə bağlanılaraq kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər də razılaşdıqları təqdirdə eyni qaydada müqavilə bağlanılaraq kompensasiya alacaqlar.