Leyla Əliyeva Bakıda süni intellekt çağırışı etdi: Təhsilə yeni imkan!

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı öz işinə başladı. Tədbirdə süni intellektin (Sİ) cəmiyyətə təsiri, etik məsələləri və gənclərin bu sahədəki imkanları müzakirə olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sİ-nin təhsil və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğuladı, bu texnologiyanın hər bir uşaq üçün yeni imkanlar yaratdığını bildirdi.

Rock.News xəbər verir ki, konfrans Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə, həmçinin 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində görüləcək işlər, o cümlədən milli Sİ ekosisteminin qurulması, Azərbaycan dilində AI modelinin hazırlanması və Süni İntellekt Akademiyasının yaradılması kimi məsələlər müzakirə olundu. Konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun mükafatı Heydər Əliyev Fonduna təqdim edilib.