Azərbaycan XİN-dən Türkiyəyə Başsağlığı: Hərbi Təyyarə Qəzası

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsi ilə bağlı qardaş ölkə Türkiyəyə başsağlığı verib. Bu hadisə Azərbaycan xalqını dərindən sarsıdıb.

Rock.News xəbər verir ki, XİN başsağlığı mesajını rəsmi “X” hesabında paylaşıb. Mesajda deyilir: “Azərbaycandan Türkiyəyə istiqamətlənən, qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”.