Ağstafada müəllimə iş başında vəfat etdi: Qəfil ölüm şoku!
Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin müəllimi, 1984-cü il təvəllüdlü Günel Hüseynova iş başında qəfil dünyasını dəyişib. Müəllimənin qəfil səhhətinin pisləşməsi nəticəsində baş verən bu hadisə rayon ictimaiyyətini sarsıdıb.