Konstitusiya Zəfəri: Azərbaycan suverenliyin 30 illik yolu!
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 30 il keçir. Bu münasibətlə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqalə ilə çıxış edərək, Konstitusiyanın ölkənin müstəqilliyini və ərazi bütövlüyünü təmin etməsindəki əsas rolunu vurğulayıb.
Rock.News xəbər verir ki, məqalədə həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Konstitusiyanın əhəmiyyəti ilə bağlı fikirləri yer alıb. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik ənənələrinin gücləndirilməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətində atılan vacib addımlardan biridir. Məqalədə Konstitusiyanın qəbulundan ötən dövrdə ölkənin üzləşdiyi çətinliklər və əldə etdiyi nailiyyətlər təhlil edilir, Konstitusiya Məhkəməsinin fəaliyyəti və beynəlxalq əməkdaşlığına dair məlumatlar verilir.