Avropa Komissiyası Cərimədən Sonra "X" Reklam Hesabını Sildi
Avropa Komissiyası (AK) tərəfindən 120 milyon avro cərimə olunduqdan sonra, "X" platforması komissiyanın reklam hesabını silib.
Rock.News xəbər verir ki, bu barədə "X"-in Məhsullar üzrə rəhbəri Nikita Bir məlumat yayıb.
O, sosial şəbəkənin cərimələnməsi qərarı ilə bağlı paylaşım etmək üçün Avropa Komissiyasının hərəkətsiz reklam hesabından istifadə edildiyini iddia edib. Bildirilir ki, həmin hesaba əlavə edilmiş link istifadəçiləri çaşdırmaq və süni şəkildə əhatə dairəsini artırmaq məqsədilə video kimi gizlədilib.