ABŞ Səfiri: Türkiyə-Azərbaycan enerji dəhlizi regiona yeni üfüqlər açır
Suriya və Türkiyə, eləcə də Türkiyə və Azərbaycan arasında enerji dəhlizi gələcəkdə böyük fayda gətirə bilər.
Rock.News xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Milken İnstitutu Analitik Mərkəzinin təşkil etdiyi “Yaxın Şərq və Afrika 2025” tədbirində məlumat verib.
O, Türkiyənin Azərbaycan və Ermənistan üçün əsas rol oynadığını qeyd edib. Diplomat bildirib ki, Bakı və İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq.
Tom Barak əlavə edib ki, Xəzər dənizindən Aralıq dənizinə uzanan marşrut bütün regional enerji problemlərinin həllinə imkan yaradacaq.