Astarada itkin balıqçılar: Axtarışlara helikopter cəlb olundu - SON VƏZİYYƏT

Astara rayonunda Xəzər dənizində itkin düşən balıqçıların axtarışları davam edir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri də cəlb olunub. Dekabrın 9-da Şahağac kəndi yaxınlığında itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları aparılır.

Rock.News xəbər verir ki, FHN-in Mətbuat xidməti axtarışların Aviasiya dəstəsinin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirildiyini bildirib. Əlavə məlumat veriləcək.