Salah "Liverpul"dan Qovuldu! Şok Tənqidlərin Sonucu?
Məhəmməd Salah gözlənilmədən “Liverpul”un heyətindən kənarlaşdırılıb. Bu qərar Çempionlar Liqasının vacib “İnter” matçı ərəfəsində komandada gərginlik yaradıb.
Rock.News xəbər verir ki, 33 yaşlı ulduz futbolçunun komandadan uzaqlaşdırılmasına baş məşqçi Arne Slot və klub rəhbərliyi birgə qərar verib. Bu addım Salahın “Lids”lə 3:3 hesablı heç-heçədən sonra baş məşqçi Slotu və klubu sərt tənqid etməsinə cavab olaraq atılıb. Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilin ortalarına qədər davam edir.