Sosial İşçi Zamin Zəkiyə 50 Min Manatlıq İttiham!
“QHT işi” üzrə ittiham olunan sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin məhkəməsi davam edir. Məhkəmədə ona 50 min manatdan artıq vəsaiti leqallaşdırmaq ittihamı irəli sürülüb. Zəki isə ittihamı rədd edib və ifadə verməkdən imtina edib.
Rock.News xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Növbəti məhkəmə iclası dekabrın 3-nə təyin edilib. Zamin Zəkiyə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.