Bakıda küçələrdə tıxac: Siyahı açıqlandı – Harada hərəkət çətindir?

Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyat sıxlığı müşahidə olunur. Sürücülər hərəkət zamanı diqqətli olmalıdırlar.

Rock.News xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda Heydər Əliyev prospektinin köməkçi yolunda, 8 Noyabr prospektində, Babək prospektində, Binəqədi şosesində, 1-ci Göl kənarı yolunda, Sabunçu-Zabrat şosesində, Bakı-Sumqayıt şosesində, Tbilisi prospektində, 28 May küçəsində, Alı Mustafayev küçəsində və Ziya Bünyadov prospektində sıxlıq müşahidə olunur.