Bakıda Dağlar Günü qeyd olundu: Regional inkişaf müzakirəsi
Bakıda Beynəlxalq Dağlar Günü münasibətilə “Alp dağlarından Qafqaz dağlarına, dağlıq bölgələrin gələcəyi: regional şəhər və qəsəbələr dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi” mövzusunda seminar keçirilib. Tədbirdə dağlıq regionların dayanıqlı inkişafının sosial-iqtisadi aspektləri müzakirə olunub.
Rock.News xəbər verir ki, seminar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgə tərəfdaşlığı ilə İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbir 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi “Azərbaycan Şəhərsalma Kampaniyası” (AUC2026) çərçivəsində baş tutub. Seminarda regional əlaqələrin gücləndirilməsi, innovasiya, iqlimə adaptasiya, turizmin inkişafı kimi mövzulara toxunulub və gələn ilin mart ayında ikinci seminarın keçirilməsi qərara alınıb.