Duman Futbolu Dayandırdı: "Qəbələ" - "Turan Tovuz" Matçı Yarımçıq Qaldı!
Misli Premyer Liqasının XIV turunda "Qəbələ" və "Turan Tovuz" komandaları arasında keçirilən oyun qatı duman səbəbindən yarımçıq dayandırılıb. 24-cü dəqiqədə dayandırılan matçın davamı ilə bağlı texniki imkanlar araşdırılıb, lakin sabah oyunun keçirilməsinin mümkün olmadığı müəyyən edilib.
Rock.News xəbər verir ki, hər iki klubun nümayəndələri ilə görüş keçirilərək mövcud vəziyyət barədə məlumat verilib. Oyunun keçirilmə tarixi ilə bağlı qərar Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra açıqlanacaq. Xatırladaq ki, oyun zamanı görmə məsafəsinin sıfıra yaxınlaşması matçın davam etdirilməsini mümkünsüz edib.