Bakıya Duman Çökəcək: Sabahın Hava Proqnozu Açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, havanın temperaturu gecə 10-13 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacaq. Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.