Tramp Qəzza planını Milad öncəsi elan edir: Netanyahudan reaksiya!

ABŞ Prezidenti Donald Tramp Milad bayramına qədər Qəzza sülh planının ikinci mərhələsinə start verməyi planlaşdırır. Bu barədə "Axios" portalı məlumat yayıb.

Rock.News xəbər verir ki, Tramp Qəzzanı idarə etmək üçün yeni struktur təqdim etməyi nəzərdə tutur. O, bu addımları müzakirə etmək üçün dekabrın sonuna qədər İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Plana əsasən, İsrail qoşunları Qəzza zolağından çıxarılacaq, yerinə beynəlxalq qüvvələr yerləşdiriləcək və "Sülh Şurası" anklavı idarə etməyə başlayacaq. Planın birinci mərhələsi, yəni HAMAS-ın bütün girovları azad etməsi demək olar ki, tamamlanıb.