Prezident Əliyev: Erməni cinayətləri beynəlxalq məhkəməyə çıxarılmalıdır!
Prezident İlham Əliyev bəyan edib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir və bu istiqamətdə addımlar atılmalıdır. O, beynəlxalq ictimaiyyəti bu məsələdə Azərbaycana dəstək verməyə çağırıb.
Rock.News xəbər verir ki, bu barədə dövlət başçısının “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.
Prezident qeyd edib ki, Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv edib.