Kreml: Putin və Trampın görüşü yaxınlaşır - ŞOK DETALLAR
Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında yaxın gələcəkdə görüşün baş tutma ehtimalını yüksək qiymətləndirir.
Rock.News xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlama verib.
Uşakovun sözlərinə görə, iki ölkə liderləri arasında görüşün baş tutması realdır. Putin və Tramp sonuncu dəfə bu ilin avqust ayında Alyaskada görüşüblər, oktyabr ayında isə telefon danışığı olub. Həmin danışıqda Budapeştdə görüşmək barədə razılıq əldə edilsə də, ABŞ tərəfi sonradan bu görüşdən imtina edib.