İlham Əliyevdən Qərbi Azərbaycan İcmasına mesaj: Qayıdış yaxındır!

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvlərinin öz ata-baba yurdlarına qayıdacağına inamını ifadə edib. Dövlət başçısı, Vaşinqtonda əldə olunan razılaşmanın iki xalqın birgə gələcəyi üçün ümid yaratdığını vurğulayıb.

Rock.News xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Prezident, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalamasının və sülh sazişi layihəsinin paraflanmasının əhəmiyyətini qeyd edib.