Polşa hava məkanında məhdudiyyətləri 2026-cı ilə qədər uzatdı
Polşa Ukrayna və Belarus sərhədlərinə yaxın ərazilərdə hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərin müddətini uzadıb.
Oxu: ~9 san.
Rock.News xəbər verir ki, bu barədə Polşanın Hava Naviqasiya Xidmətləri Agentliyi məlumat yayıb. Məhdudiyyətlər 9 mart 2026-cı il tarixinə qədər qüvvədə olacaq.
Bu məhdudiyyətlərin əvvəlki müddəti 9 dekabr tarixində başa çatmalı idi.