Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır: Ədalət daha əlçatan olacaq!
Azərbaycanda məhkəmə ekspertizası sahəsində yeniliklər gözlənilir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən yeni konsepsiyaya əsasən, özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu, məhkəmə ekspertizası xidmətlərinin daha da əlçatan olmasına və sahədə rəqabət mühitinin yaranmasına şərait yaradacaq.
Rock.News xəbər verir ki, Ədliyyə Nazirliyi, Audiovizual Şura və Medianın İnkişafı Agentliyi 2026-cı ildə özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlamasını təmin etməlidir. 2028-2030-cu illərdə isə bu institutun fəaliyyətinin genişləndirilməsinə dair təkliflər hazırlanacaq. Bu yeniliklər məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ədalət mühakiməsinin daha da səmərəli həyata keçirilməsinə xidmət edəcək.