Ukrayna Radası energetika və ədliyyə nazirlərini istefaya göndərdi
Ukrayna Ali Radası iki nazirin vəzifədən azad edilməsini təsdiqləyib. Bu qərar noyabrın 19-da parlament iclasında verilib.
Rock.News xəbər verir ki, energetika naziri Svetlana Qrinçuk və ədliyyə naziri German Qaluşenko vəzifələrini itiriblər. Qrinçukun istefa ərizəsi noyabrın 12-də energetika sektorunda yaranan korrupsiya qalmaqalı fonunda təqdim edilib. O, fəaliyyətində heç bir qanun pozuntusu olmadığını bildirib. Svetlana Qrinçukun vəzifəsindən azad olunması 315, German Qaluşenkonun isə 323 deputatın dəstəyi ilə təsdiqlənib.
Qeyd edək ki, Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu enerji sektorunda genişmiqyaslı korrupsiya sxemini üzə çıxarıb. İstintaq “Enerqoatom” da daxil olmaqla, dövlət müəssisələrinə təsir edən mütəşəkkil qruplaşmanın mövcudluğunu müəyyən edib. Bu sxemə biznesmen Timur Mindıç, sabiq energetika naziri German Qaluşenko və “Enerqoatom”un təhlükəsizlik üzrə direktoru Dmitri Basov kimi şəxslərin adları hallanır.