Nazirlər Kabineti dövlət qulluğunda kadr islahatlarını təsdiqlədi
Nazirlər Kabineti dövlət qulluğu ilə bağlı bir sıra məsələləri tənzimləyən qərarda dəyişiklik edərək, dövlət orqanlarında kadr qurumlarının təşkilini yeni qaydalarla müəyyən edib.
Rock.News xəbər verir ki, dəyişikliklərə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarında və onlara tabe olan qurumlarda kadr xidmətləri, işçilərin sayına uyğun olaraq müəyyən ştat vahidləri və ya struktur bölmələri şəklində təşkil ediləcək. İşçi sayına görə kadr məsələləri üzrə ştat sayı və ya müvafiq struktur bölmənin təşkili prinsipləri dəqiqləşdirilib.