İlham Əliyev Slovakiyada rəsmi qarşılandı: Ziyarət təfərrüatları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilib.

Rock.News xəbər verir ki, Prezident Sarayında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.