S&P Azərbaycana Xəbərdarlıq Etdi: İqtisadi Artım Sürəti Azalır!
Rock.News xəbər verir ki, agentlik real iqtisadi artımın yaxın illərdə zəifləyəcəyini proqnozlaşdırır. Belə ki, 2024-cü ildə 4,1% olan artım, 2025-ci ildə 1,8%-ə, 2026-cı ildə isə 1,7%-ə enəcək. Sonrakı illərdə artım 2%-i keçsə də, əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı olacaq.
Bunun əsas səbəbi neft sektorunun iqtisadiyyata töhfəsinin azalmasıdır. Neft hasilatı azalır, qaz hasilatındakı artım isə bunu kompensasiya etmir. “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağında da hasilatın azalması gözlənilir. İqtisadiyyatda diversifikasiya olsa da, bu, hələlik kifayət deyil.
Agentlik uzunmüddətli perspektivdə “Abşeron”, AÇG-nin dərin qaz layihəsi, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsinin qaz hasilatına dəstək ola biləcəyini qeyd edir. Lakin bu layihələrin reallaşması illər tələb edir.