S&P Azərbaycana PROQNOZ VERDİ: Büdcədə 3% artıqlıq GÖZLƏNİLİR!
“S&P Global Ratings” reytinq agentliyi Azərbaycanın xarici balansının ölkənin ən güclü kredit göstəricilərindən biri olduğunu açıqlayıb. Proqnozlara görə, bu, Dövlət Neft Fondunun (ARDNF) topladığı böyük həcmdə xarici valyuta aktivləri ilə dəstəklənir.
Rock.News xəbər verir ki, buferlər kənardan gələn şoklara qarşı əhəmiyyətli dayanıqlıq təmin edir. Agentlik qeyd edib ki, Azərbaycanın xarici likvid aktivləri ən azı 2028-ci ilə qədər ölkənin xarici borc məbləğindən yüksək qalacaq, xalis beynəlxalq investisiya mövqeyi isə 2025–2028-ci illər üzrə ÜDM-in təxminən 76%-i səviyyəsində olacaq.
S&P-nin proqnozuna əsasən, cari əməliyyatlar balansı 2025–2028-ci illərdə orta hesabla ÜDM-in 3%-i səviyyəsində profisitli olacaq. Agentlik əlavə edib ki, 2028-ci ildə karbohidrogen hasilatının sabitləşməsi və idxal tələbinin investisiya ehtiyacları ilə birlikdə artması fonunda kiçik bir defisitin formalaşması mümkündür.