Prezident Əliyev gömrük anbarlarına nəzarəti gücləndirməyi tapşırdı

Azərbaycanda gömrük anbar sisteminə nəzarət mexanizmləri gücləndirilir. Bu qərar Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında əksini tapıb.

Rock.News xəbər verir ki, malların istehsalı ilə yanaşı, onların istehlakçıya çatdırılması da ticarət zəncirinin əsas hissəsidir. Malların anbarlarda saxlanılması anbar şəbəkəsinin genişləndirilməsinə təkan verir. Azərbaycanın mühüm nəqliyyat qovşaqlarında yerləşməsi, tranzit potensialının güclənməsi və artan istehsal həcmi anbar sisteminin təkmilləşdirilməsini zəruri edir.

Sənədə əsasən, hazırda Azərbaycanda gömrük anbar sistemi ilə bağlı normativ hüquqi baza mövcuddur və müxtəlif növ anbarlar fəaliyyət göstərir. Lakin sistemin potensialını tam reallaşdırmaq və nəzarət mexanizmlərini inkişaf etdirmək vacibdir. Mövcud anbar sisteminin təkmilləşdirilməsi gömrük orqanları ilə etibarlı tərəfdaşlığın formalaşmasına müsbət təsir göstərəcək.