Manatın Sabitliyi Dollar Kreditlərini Xilas Etdi - Moody's Şok Faktları Açıqladı!
Rock.News xəbər verir ki, xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb. Problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib.
Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir. Agentlik qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır. 2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%). Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.
Hesabata görə, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir və sistem üzrə öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-i likvid vəsaitlərdən ibarət olduğundan bank sektorunun xarici şoklara davamlılığı yüksək qiymətləndirilir.