Kəlbəcərdə Yeni Milli Park: Xəritə Hazır, Bölgə Qorunur!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyi qorumaq məqsədilə yeni milli park yaradır. Bu park xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərini mühafizə edəcək.
Rock.News xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Şuşada keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında məlumat verib. Nazirlik Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə edəcək yeni milli parkın ilkin xəritə-sxemini hazırlayıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırıb. Hazırda Yeni Milli Parkın yaradılması istiqamətində işlər davam etdirilir.