Bayramov Avstriyada: Azərbaycan regional sülhə və inkişafa üstünlük verir

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Avstriyada Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında iştirak edib.

Rock.News xəbər verir ki, tədbirdə siyasətçilər, ekspertlər Azərbaycanın xarici siyasətini müzakirə ediblər. Nazir Bayramov Azərbaycanın regionda sabitləşdirici rolunu vurğulayıb.

O, Azərbaycanın çoxtərəfli formatlarda əldə etdiyi nailiyyətlərdən danışıb, 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini bildirib. Bayramov Vaşinqtonda imzalanmış Üçtərəfli Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib və ATƏT-in Minsk prosesi üzrə strukturlarının bağlandığını xatırladıb.

Nazir Azərbaycanın Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat dəhlizlərinin gücləndirilməsinə önəm verdiyini vurğulayıb.