Azərbaycan ÜTT-yə üzvlük yolunda: Danışıqlar başlayır
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində hazırlıq işləri üzrə Komissiyanın iclası keçirilib. İclasda bu sahədə görülən işlər müzakirə olunub.
Rock.News xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib. Nazir qeyd edib ki, rəqabət qabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi məsələlərə baxılaraq, təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımlar müəyyənləşdirilib.