Rusiyada "FaceTime" bloklandı: Səbəb terror təhlükəsi

Rusiyada "FaceTime" bloklanıb. Səbəb kimi xidmətin terror hücumlarının təşkili üçün istifadə olunması göstərilir.

Rock.News xəbər verir ki, Roskomnadzor ölkədə "FaceTime"ın fəaliyyətini məhdudlaşdırmağa başlayıb.

Qurumdan bildirilib ki, xidmət ölkədə terror hücumlarının təşkili və həyata keçirilməsi, terrorçuları cəlb etmək, Rusiya vətəndaşlarına qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur.

Qeyd edək ki, bundan öncə Rusiya "WhatsApp"ı da bloklayıb. Rusiyada vətəndaşlara yerli "Max" messencerindən istifadə etmək tövsiyə olunur.