Mərdəkanda işıqlar söndürüləcək: Səbəb açıqlandı

Bu gün Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Səbəb yenidənqurma işləridir.

Rock.News xəbər verir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri aparır. Bu səbəbdən saat 09:00-dan 15:00-dək 28 May küçəsinin bir hissəsində elektrik enerjisi olmayacaq.

"Azərişıq"dan bildirilib ki, yenidənqurma işləri bitəndən sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.