AMEA rəhbəri Həbibbəyli: Ramiz Mehdiyevin taleyi məhkəmədən sonra həll olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə təəssüf hissi keçirir. Onun həqiqi üzvlük məsələsinə məhkəmənin qərarından sonra baxılacaq.

Rock.News xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli APA-ya açıqlamasında bildirib.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barəsində cinayət işi üzrə qərar qəbul edərək, ona 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti vəzifəsində çalışıb.