«Akkuyu» AES: Türkiyənin ilk atom reaktoru işə düşməyə hazırlaşır

Türkiyənin ilk atom elektrik stansiyası olan «Akkuyu» AES-də tikinti işlərinin 95%-i tamamlanıb. Gələn il ilk elektrik enerjisinin istehsalına başlamaq planlaşdırılır.

Rock.News xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib. Nazir layihənin Türkiyə və dünya üçün ən böyük layihələrdən biri olduğunu vurğulayıb.

Layihə çərçivəsində dörd reaktorun inşası aparılır. Son bir neçə ildə layihənin həyata keçirilməsində pandemiya, Rusiya-Ukrayna müharibəsi və sanksiyalar kimi müəyyən çətinliklər yaşanıb. Bəzi istehsalçılar siyasi səbəblərə görə komponentləri Türkiyəyə tədarük etməkdən imtina ediblər, bu da layihənin icrasına təsir göstərib.

Alparslan Bayraktar əlavə edib ki, «Akkuyu» üçün tələb olunan avadanlıqların böyük hissəsi artıq Türkiyəyə gətirilib, bəzi komplektlər isə Çindən gəlir. «Rosatom» çatdırılmayan avadanlıqlara əvəz tapıb və onların sifarişi təxminən bir il yarım əvvəl Çinə verilib.

Qeyd edək ki, «Akkuyu» Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. Layihəni Rusiyanın dövlət atom enerjisi korporasiyası olan «Rosatom» icra edir.