ABB şok etdi: Süni intellektlə pul köçürmələri!

ABB müştəriləri üçün yeni bir xidmət təqdim edir: süni intellekt əsaslı səsli əməliyyatlar. AI-xan və AI-nur adlı virtual köməkçilər bank əməliyyatlarını səsli komandalarla həyata keçirməyə kömək edəcək.

Rock.News xəbər verir ki, yenilik hazırda beta test mərhələsindədir. ABB mobile tətbiqinin 10.000 istifadəçisi artıq AI-xan və AI-nurla danışaraq pul köçürmələrini test edə bilərlər.

Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunda olmalıdır. İstifadəçi nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi əməliyyatı yerinə yetirir.

Bu texnologiya bank əməliyyatlarını daha rahat və sürətli etməyə imkan verir. İlkin mərhələdə pul köçürmələri və suallara cavablar əhatə olunsa da, gələcəkdə digər əməliyyatlar da əlavə olunacaq.

ABB-nin məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, https://abb-bank.az/ saytından və ya 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.