Varşava Hava Limanı bağlandı: Səbəb bilinmir, uçuşlar dayandırıldı
Polşanın paytaxtı Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanı dekabrın 5-də gecə saat 00:30-dan 03:00-a kimi fəaliyyətini dayandıracaq.
Rock.News xəbər verir ki, bu barədə hava limanının dispetçer xidməti məlumat yayıb. Hava limanı iki saat yarımlıq müddətə bütün uçuşlar üçün bağlanacaq. Bütün aviaşirkətlərə uçuş cədvəllərini dəqiqləşdirmələri üçün əvvəlcədən məlumat verilib.
Hava limanının bağlanma səbəbi hələlik açıqlanmır. Dispetçer xidməti həmçinin bildirib ki, Varşavanın digər iki hava limanı gələn həftə üçün uçuş cədvəllərində hər hansı dəyişiklik elan etməyib.