İqnalina AES-də yanğın: Litva Belarusun sualına cavab verdi
Litva, sökülən İqnalina Atom Elektrik Stansiyasının ərazisində baş verən yanğınla bağlı Belarusun sorğusuna cavab verib.
Rock.News xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın radioaktiv tullantıların ilkin emalı kompleksindəki havanın filtrasiya blokunda baş verib. Yanğın söndürülüb, xəsarət alan olmayıb və radioaktiv maddələr xaricə sızmayıb.
Mətbuat xidməti əlavə edib ki, hadisə MAQATE şkalası üzrə "şkaladan aşağı səviyyə" kimi təsnif edilir və xarici yardıma ehtiyac yoxdur. Qeyd edək ki, İqnalina AES-də yanğın operativ şəkildə söndürülüb. Belarus XİN Litvanı tam məlumat təqdim etməyə çağırmışdı.