Zelenski və Makron Parisdə görüşəcək: Sülh müzakirələri gündəmdə

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron dekabrın 1-də Parisdə görüşəcəklər. Görüşdə tərəflər sülhün davamlı şərtlərini müzakirə edəcəklər.

Rock.News xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Məlumata görə, tərəflər Cenevrədəki müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə koordinasiya kontekstində mövcud vəziyyəti, habelə davamlı və ədalətli sülhün şərtlərini müzakirə edəcəklər.