Orban: Putinlə danışıqlar Rusiya şirkətləri ilə böyük razılaşmalara imkan yaradır

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar ABŞ sanksiyaları səbəbindən aktivlərini satmağa məcbur olan Rusiya şirkətləri ilə bağlı böyük müqavilələrə yol açıb.

Rock.News xəbər verir ki, Baş nazir bu barədə Nyeredjaza şəhərindəki çıxışında deyib.

Onun sözlərinə görə, sanksiya təzyiqi Rusiya müəssisələrini xaricdəki aktivlərini satışa çıxarmağa məcbur edir ki, bu da həmin aktivlər uğrunda beynəlxalq miqyasda böyük rəqabətə səbəb olur.