Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin Baytarlıq Klinikasını ziyarət etdilər

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi-rəhbəri Leyla Əliyeva Alena Əliyeva ilə birlikdə Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyətə başlayan Baytarlıq Klinikasına baş çəkiblər.

Rock.News xəbər verir ki, yeni istifadəyə verilən klinikada heyvanların müayinəsi və müalicəsi üçün müasir kabinetlər, laboratoriyalar və tibbi avadanlıqlar mövcuddur. Bu müəssisə regionda ev və vəhşi heyvanların sağlamlığının qorunmasına xidmət edir.

Klinika həmçinin universitetin baytarlıq ixtisası üzrə təhsil alan tələbələri üçün vacib tədris bazası rolunu oynayır. Leyla Əliyeva tələbələr və müəllimlərlə görüşərək onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı üzrə görülən işlərlə yaxından tanış olub.