Xəzərdə xilas əməliyyatı: Balıqçılar ölümdən döndü - Detallar
Xəzər dənizində köməksiz vəziyyətdə qalan üç Azərbaycan vətəndaşı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilib. Balıqçıların qayığı dekabrın 10-da axşam saatlarında geri qayıtmayıb və kömək üçün müraciət edib.
Rock.News xəbər verir ki, dərhal hərəkətə keçən sərhəd gəmiləri axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də Neftçala rayon sakinləri - 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu xilas edilərək təhlükəsiz şəkildə sahilə çatdırılıb.