Natiq Məmmədlinin "Sev" romanı təqdim olundu: Gənclər üçün yeni əsər

Yazıçı Natiq Məmmədlinin “Sev” romanının təqdimatı baş tutub. Təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər. Əsər gənclər üçün nəzərdə tutulub və müasir düşüncəyə xitab edir.

Rock.News xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid romanın müxtəlif ölkələrə səyahətləri, Azərbaycan folklorunu və Sarı Aşığın yaradıcılığını ustalıqla təsvir etdiyini vurğulayıb. "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı isə Natiq Məmmədlinin həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruduğunu qeyd edib. Milli Məclisin deputatı Elçin Mirzəbəyli romanı böyük həvəslə oxuyacağını bildirib. Natiq Məmmədli isə romanın 21-ci əsr insanının psixoloji qatlarını əks etdirməyə çalışdığını və Qarabağla bağlı romanın təqdimatında görüşəcəklərini deyib.