Kiyevdə partlayış: Bir ölü, bir yaralı!

Kiyevdə baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Rock.News xəbər verir ki, partlayış zamanı hava həyəcanı siqnalı verilməyib. Hazırda hadisə yerində müvafiq xidmət orqanları çalışır, partlayışın təfərrüatları araşdırılır.