Gəncədə 17 yaşlı gənci avtomobil qəsdən vuraraq öldürdü: Detallar ŞOK!
Gəncədə dəhşətli hadisə baş verib. 17 yaşlı Ə. Qurbanov avtomobil sürücüsü tərəfindən qəsdən vurularaq öldürülüb. Hadisənin şok detalları ortaya çıxıb.
Rock.News xəbər verir ki, hadisədən əvvəl Ə. Qurbanov və "VAZ 2107"-nin sürücüsü Ə. Fərzəliyev arasında mübahisə yaşanıb. Mübahisə zamanı Ə. Qurbanov sürücünü bıçaqlayıb, daha sonra isə başına daşla vurub. Ə. Fərzəliyev isə hadisədən sonra Ə. Qurbanovu avtomobili ilə qəsdən vurub. Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanada ölüb. Məlum olub ki, Ə. Qurbanov hadisə günü Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış. Faktla bağlı araşdırma aparılır.